Dünya futbolunda belə şey olmamışdı

16:47 1 Dekabr 2015

Mavritaniya Super Kubokunun finalında gözlənilməz hadisə baş verib. Sportarena.az xəbər verir ki, ölkə prezidenti Məhəmməd Əbdül Əziz "Tevraq-Zeyna" və "Ksar" arasında keçirilmiş oyunu 63-cü dəqiqədə dayandırıb.

 

Buna səbəb 1:1 hesabı ilə davam edən final görüşünün prezidentin marağına səbəb olmamasıdır. O sürətsiz davam edən matçın artırma dəqiqələrinə getməməsi üçün komandalara on bir metrlik cərimə zərbələrini yerinə yetirmə göstərişi verib. Nəticədə "Tevraq-Zeyna" penaltiləri daha dəqiq yerinə yetirən tərəf olaraq qalib gəlməyi bacarıb.

 

Mavritaniya Futbol Federasiyasının prezidenti Əhməd Uld Əbdürrəhman isə ölkə başçısının oyunun gedişinə müdaxiləsini inkar edib: "Mən respublika prezidentinin oyuna müdaxiləsini qətiyyətlə təkzib edirəm. Qərar iki komandanın prezidentləri və baş məşqçiləri ilə uyğun olaraq təşkilati məsələlərə görə qəbul olunub".


Digər xəbərlər

Xəbər xətti