"Formula-1"ə hazırlıqla əlaqədar Bakıda bəzi yollar bağlı olacaq

17:27 1 Dekabr 2015

"Avropa Qran Pri"sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir. Belə ki, dekabr ayının 1-dən etibarən Xaqani küçəsinin Rəşid Behbudov prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, paytaxt sakinlərinin hərəkətinə yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır. Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi növbəti gün - dekabr ayının 2-də, eynilə, bir gün bağlı qalacaq.

 

Qeyd edək ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və "Avropa Qran Pri" yarışından sonra paytaxt sakinlərinin istifadəsində olacaq.


Digər xəbərlər

Xəbər xətti