Bu gün "Topxana" qəzetinin 2-ci sayı işıq üzü görüb. Sportarena.az xəbər verir ki, qəzetin təsisçisi və baş redaktoru ANS-in keçmiş əməkdaşı Asif Bağırovdur.
Noyabrda qəzetin "siqnal" nömrəsi buraxıldıqdan sonra "Topxana" bu aydan etibarən həftənin II və V günləri mütəmadi olaraq satışa çıxarılacaq. Qəzetdə "Topaz"ın proqramları və futbol statistikası yer alacaq.
Satış qiyməti 50 qəpik olan “Topxana”nı qəzet köşklərindən və səyyar satış nöqtələrindən əldə etmək mümkündür.