“Formula-1” üzrə İspaniyanın ixtisaslaşmış əsas idman portalı “LaF1.es” Azərbaycanda keçiriləcək Qran-pri yarışına hazırlıqdan yazıb.
Məqalədə Bakıdakı “Formula-1” yarışlarının promouter şirkəti olan “Bakı Şəhər Halqası”nın baş icraçı direktoru Arif Rəhimova istinadla bildirilir ki, Qran-prinin Azərbaycan paytaxtında keçirilməsi özəl sektorun təşəbbüsü olsa da, dövlət tərəfindən ciddi dəstəklənir.
Yazıda Bakıdakı yarışların daha çox tamaşaçı tərəfindən izlənməsi üçün lazımi şəraitin yaradılacağı qeyd olunur. Bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil edilən “Formula-1” Qran-prisində marşrutun Bakının tarixi məkanlarından keçməsi ona olan marağı daha da artırır.