Fransanın baş naziri Manuel Vals futbol üzrə millinin hücumçusu Kərim Benzema haqda maraqlı açıqlama verib.
Baş nazir çıxışında Benzemanın yığmadan uzaqlaşdırılmasına dair işarə edib.
Bildirib ki, mən ilk növbədə Fransa millisinin azarkeşiyəm. Peşəkar idmançı həm də bir örnəkdir. Məhz bu örnək sayəsində gənclər idmana həvəs göstərir. İdmançı nümunə deyilsə, onda onun Fransa yığmasında yeri yoxdur. Çünki ölkə üçün forma geymək bütün Fransanı təmsil etmək və örnək olmaq deməkdir.
Xatırladaq ki, “Real Madrid”in forvardı yığmadakı həmkarı Matyo Valbuenanın intim video şantaj işi üzrə şübhəli bilinir. Ehtimal olunur ki, Benzema Valbuenanı hədələyən naməlum şəxslərə havadarlıq edib.