Millimiz “Rio-2016”da iştirak üçün lisenziya sayını 27-ə çatdırıb

00:47 2 Dekabr 2015

Azərbaycan yığması 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında geniş heyətlə təmsil olunacaq.

Hyustonda başa çatan ağır atletika üzrə dünya çempionatından sonra millimiz daha dörd lisenziya qazanıb. Hazırda millimizin aktivində 27 lisenziya var. “Rio-2016”da ölkəmizi təmsil edəcək ağır atletlərin adı gələn il açıqlanacaq.

“Rio-2016”ya lisenziya qazanan atletlərimiz aşağıdakılardır:

Boks - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq), yüngül atletika - Anna Skidan, Hayle İbrahimov, Nazim Babayev, avarçəkmə - İnna Osipenko-Radomskaya, Valentin Demyanenko, Aleksandr Aleksandrov – Boris Yotov dueti, Yure Meqliç, yunan–Roma güləşi - Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq), qadın güləşi - Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (58 kq), sərbəst güləş – Toğrul Əsgərov (65 kq), Maqomedhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Maqomedov (125 kq), həmçinin gimnastika – Marina Durunda və Oleq Stepko. 


Digər xəbərlər

Xəbər xətti