"Qələbəyə görə çox şadam, amma bizim üçün ağır oyun oldu. Yaxşı ki qələbə qazandıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Gürcü mütəxəssis ölkə kubokunun 1/8 final mərhələsində "Turan Tovuz" üzərində qələbəni şərh edib:
"Bu oyundan sonra "Qarabağ"ı düşünməyə başlayırıq. Heyətlə bağlı problemlərimiz var. Bütün bunlara baxmayaraq, növbəti görüşləri düşünməliyik".