"Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular".
Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçala”nın baş məşqçisi Kamal Quliyev Azərbaycan kubokunun 1/8 finalında “Sumqayıt”a uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Quliyev kubokda bacardıqlarını etdiklərini, əsas hədəflərinin isə I divizionda çempion olmaq olduğunu bildirib: “Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdır. Bizim əsas məqsədimiz I divizionun qalibi olmaqdır. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik