Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Neftçala"nı məğlub edən "Sumqayıt" adını növbəti mərhələyə yazdırıb. Sportarena.az xəbər verir ki, komandanın məşqçisi Vəfadar Quliyev 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda bunları deyib:
"Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm".