"Bütün gücümüzü çempionata qoyacağıq" - Şahin Diniyev

19:42 2 Dekabr 2015

"Oyun gərgin keçdi, meydançada mübarizə var idi. Daha çox istəkli olan qələbə qazandı. Sanki, oyunun əvvəlində bizdə müəyyən rahatlıq vardı. Düzdür, oyundan öncə futbolçularla bu barədə danışmışdım, amma, təəssüf ki, yenə həmin arxayınlıq yarandı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli mütəxəssis ölkə kubokunun 1/8 final mərhələsində "Xəzər Lənkəran"a 0:1 hesablı məğlubiyyəti şərh edib:

 

"Oyunu demək olar ki, hücumda keçirdik. Amma nəticədə biz məğlub olduq və bundan sonra bütün gücümüzü çempionata qoyacağıq. "Xəzər Lənkəran"ı təbrik edirəm. Durumları yaxşı olmasa da, yaxşı futbol oynayıb qələbə qazandılar".


Digər xəbərlər

Xəbər xətti