Qurban Qurbanov: "Şəmkir"lə görüşdən sonra düşündüm ki..."

21:25 2 Dekabr 2015

"Şəmkir"lə görüşdən sonra düşündüm ki, biz birinci diviziona daha çox diqqət ayırmalıyıq. Açığı, rəqibin oyununa baxmışdıq, onları təhlil etmişik. Amma istənilən halda futbolçuları belə bir oyuna kökləmək çətindir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Şəmkir"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Təcrübəli mütəxəssis “Şəmkir”in onlara çox çətinlik yaratdığını bildirib:

 

"Bütün bunlara baxmayaraq, qələbə qazandıq, bu münasibətlə futbolçuları və azarkeşləri təqdim edirəm. Sıx qrafikimiz var, həm çempionat həm də avrokubok matçına hazırlaşmalıyıq. “Şəmkir”lə görüşün bizim üçün faydası çox oldu".


Digər xəbərlər

Xəbər xətti