Kapitan sevindirdi, Aqollidən bəd xəbər

21:58 2 Dekabr 2015

"Qarabağ"ın zədəli futbolçularının son durumu müəyyənləşib. Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. Onun sözlərinə görə, Rəşad Sadıqovun zədəsi sağalmaq üzrədir və kapitan artıq fərdi məşqlərə başlayıb. Ansi Aqollidə isə hələ də problem var:

 

"O, bu gün məşqə çıxdı, amma hələ də ağrı hiss edir. Onun "Anderlext"lə oyuna çıxıb-çıxmayacağı sual altındadı. Ola bilər, zədəsinin sağalmaq müddəti uzansın. Rəşadın zədəsi isə sağalmaq üzrədir. Hazırıqlıqlar yaxşı səviyyədə davam edir. Bu gün də fərdi qaydada məşq etdi".


Digər xəbərlər

Xəbər xətti