İnterAz TV-də yayımlanan "Arena" verlişinin növbəti buraxılışı çəkilib.
Sportarena.az xəbər verir ki, Rüfət Nadirlinin aparıcısı olduğu verlişin yeni bölümünün qonaqları "Zirə" klubunun U- 19 komandasının baş məşqçisi Fizuli Məmmədov və stadium.az saytının əməkdaşı Xanoğlan İmanov olub. Verlişdə Premyer Liqamızın 14-cü turunun oyunları müzakirə olunub və klublarımızın hal-hazırkı durumundan danışılıb.
Qeyd edək ki, verlişin baş sponsoru "AAAF Park" yaşayış kompleksidir.