Ölkə kuboku yarışının 1/8 final mərhələsində “Kəpəz”i 1:0-hesabı ilə yenərək mərhələ adlayan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportarena.az xəbər verir ki, komanda bu gün, dekabrın 3-də istirahət edəcək. Sabah isə günün birinci yarısında Lənkəranda toplanacaq komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq. İki gün hazırlaşdıqdan sonra “Xəzər Lənkəran” Premyer Liqanın XV turu çərçivəsində dekabrın 6-da doğma şəhərdə “Qəbələ”ni qəbul edəcək.(12cioyuncu)