"Qolun kim tərəfindən vurulması önəmli deyil" - Cavid Tağıyev

13:30 3 Dekabr 2015

"Qarabağ”ın yarımmüdafiəçisi Cavid Tağıyev Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Şəmkir"lə baş tutan (2-0) oyundan sonra jurnalistlərə müsahibə verib. O, Sportarena.az saytının əməkdaşının suallaırını da cavablandırıb:

 

- Öncə oyun haqda fikirlərini bilmək maraqlı olardı...

- Qarşılaşmaya yaxşı hazılaşmışdıq. Oyunun çətin keçəcəyini bilirdik. "Şəmkir” I Divizionda mübarizə aparsa da, "Qarabağ”a qarşı yaxşı oynadı. Gözəl oyuna görə "Şəmkir” futbolçularını təbrik edirəm.

 

- "Qarabağ”ın meydana arxayın çıxdığı hiss olunurdu...

- Mən belə fikirləşmirəm. Onu deyə bilərəm ki, ilk hissədə oyunumuz alınmadı. Fasilədə isə baş məşqçimiz bizə lazımi təpşırıqları verdi. Bizdə üzərimizə düşən vəzifənin öhdəsindən gəlib qələbə qazandıq.

 

- Fasilədə Qurban Qurbanovdan hansı tapşırıqları aldınız?

- Baş məşqçimiz daha da ciddi oynamağı tapşırdı. İlk hissədə qol imkanlarımız olmuşdu. Mən özüm bir neçə epizoddan yararlana bilməmişdim. Məşqçimiz bu epizodlara görə tapşırıq verdi. O, topu daha çox saxlamağımızın və qapıya daha dəqiq zərbələrin vurulmasının vacib olduğunu bildirdi.

 

- "Şəmkir”dən belə mübarizə gözləyirdiniz?

- "Şəmkir” bizim üçün yaxşı rəqib idi. Daha əvvəl qeyd etdiyim kimi, oyunun çətin keçəcəyini bilirdik. Bunun üçün də oyuna yaxşı hazırlaşmışdıq.

 

- Görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldın...

- Əlbəttə, fərqləndiyimə görə sevinirəm. Amma bu qələbəni komanda şəkilində qazanmışıq. Qələbədə bütün futbolçuların əməyi var. Qolun kim tərəfindən vurulması önəmli deyil. Əsas komandamızın növbəti mərhələyə yüksəlməsidir.

 

- Üç gün sonra Topaz Premyer Liqasında "İnter”lə, bundan daha sonra isə Avropa Liqasının qrup mərhələsində "Anderlext”lə çətin səfər oyununuz olacaq. Sıx qrafiklə oynamaq çətin olmayacaq?

- Hər iki oyuna yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq. Çünki bizə qələbələr çox vacibdir.


Digər xəbərlər

Xəbər xətti