“Qəbələ” Azərbaycan kubokunun növbəti mövsümündə start oyununa hazırlasır.
Sportarena.az xəbər verir ki, Mübarizəyə birbasa 1/8 final mərhələsindən baslayacaq komandanın rəqibi I divizion təmsilçisi “Mil-Mugan”dır. İmisli klubu 11 turdan sonra 15 xalla 8-ci pillədə qərarlasıb. Təqvimə görə oyun dekabrın 2-də keçirilməli idi. Lakin “Qəbələ”nin Premyer Liqa çərçivəsində “Rəvan”la ev oyunu noyabrın 29-dan 30-na keçirildiyindən, kubok matçı da nəzərdə tutulduğu tarixdən 1 gün sonraya təyin olundu.
Tanış rəqib
“Mil-Muğan” komanda üçün tanış rəqibdir. “Qırmızı-qaralar” kubokda ən uğurlu mövsümü olan 2013/14-də mübarizəyə məhz bu rəqiblə keçirdiyi oyunla başlamışdı. O zaman Qəbələdə keçirilən 1/8 final matçı "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.
“Qırmızı-qaralar” ardıcıl 6-cı mövsümdür ölkə kubokunda mübarizəyə birinci divizion təmsilçisi ilə keçirəcəyi oyunla başlayır. “Qəbələ” indiyədək aşağı liqa klubları ilə, ümumilikdə, 9 matç keçirib və hamısında qalib (4-ü böyük hesabla) gəlib. Komanda aşağı divizion təmsilçiləri ilə 8 oyunun yalnız 1-də qol buraxıb. Bu, məhz “Mil-Muğan”la 2 il öncəki matçda olub. Yeri gəlmişkən, “Qəbələ” ölkə kubokunda aşağı liqa komandalarına 27 qol vurub, öz qapısından cəmi 3 top buraxıb.
Müsbət balans
"Qəbələ" 2005-ci ildən fasiləsiz çıxış etdiyi Azərbaycan kubokunda 11-ci mövsümünü keçirəcək. Ən uğurlu nəticə, qeyd etdiyimiz kimi, 2013/14 mövsümündə fi naladək irəliləmək olub. ”Mil-Muğan”la görüş kubokda 43-cü matç olacaq. Əvvəlki 42 oyunda, penaltilər seriyası nəzərə alınmamaqla, komanda 19 qələbə qazanıb, 14 dəfə heç-heçə edib, 9 dəfə məğlub olub. (topların fərqi 58-35). “Qəbələ” indiyədək ölkə kubokunun qalibi olmasa da, müsbət balansa malikdir.
Roman Qriqorçuk Azərbaycan kubokunda ötən mövsüm debüt edib. Onda mübarizəyə sabiq baş məşqçi Dorinel Muntyanu ilə başlayan “Qəbələ”nin 1/4 finaladək “sükanı arxası”na ukraynalı çalışdırıcını gətirildi. Roman İosifoviçin komandasının həmin mərhələdə “Simurq”la dueli uğursuz alındı – evdə 0:3, səfərdə 0:0.
Yalnız Zərgərovla Dodo
“Qəbələ”nin ölkə kubokunda bombardiri 7 qolla Kənan Kərimovdur. Kubok yarışında ən çox oyun keçirən futbolçu isə Samir Zərgərovdur. 29 yaşlı yarımmüdafiəçi əvvəllər 3 il (2006-2009) oynadığı “qırmızı-qara” formada 15 oyun (778 dəqiqə) keçirib. Hazırda “Qəbələ”də olan futbolçulardan bu göstəricidə Samirin ən yaxın izləyicisi Luis Hilario Dododur – 13 matç.
Azərbaycan kubokunda 33 futbolçu fərqlənib ki, hazırda onlardan heyətdə yalnız Zərgərovla Dodo qalib. Komanda turnirdə ümumilikdə 58 qola imza atıb. İlk qolun müəllifi isə İbrahim Hüseynovdur.
"Qəbələ" İK qəzeti