"Hər bir oyunda qazanılan qələbə önəmlidir. İstənilən qələbə psixoloji cəhətdən komandaya kömək edir. Bu baxımından rəqibin fərqi yoxdur".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/8 final mərhələsində "Mil-Muğan"a 7:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. O, 9 oyun idi qələbə qazana bilmədiklərini xatırladıb:
"9 oyundan 7-də biz istədiyimiz kimi oynamışıq. Yaxşı hücumlar qurmuşuq, sadəcə, qələbə qazana bilməmişdik. Düşünürəm ki, bu seriya “Mil-Muğan”la oyunla yekunlaşır. İstərdim ki, bu qələbə ilə başımıza gələn bütün pisliklərin “boynunu buraq".