"Hava şəraitinə hazır deyildik" - "Mil-Muğan"ın baş məşqçisi

20:41 3 Dekabr 2015

"Mil-Muğan"ın məşqçisi Elşən Hüseynov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qəbələ"yə 0:7 hesabı ilə uduzduqları oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, rəqibi qələbə münasibəti ilə təbrik edib:

 

"Hava şəraitinə hazır deyildik, bundan əlavə əsas heyətin 6 futbolçusu “Qəbələ”yə qarşı oynaya bilmirdi. Rəqib güclü komandalardan biri idi, biz bu oyuna nəzərən səhvlərimizi aradan qaldırmağa çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti