Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vuruldu. Bu mərhələnin sonuncu oyununda “Rəvan” I Divizion təmsilçisi “Bakı”nı məğlub edərək, adını ¼ final mərhələsinə yazdırdı.
Novruz Əzimov (“Bakı”nın baş məşqçisi): “Çox danışmağa ehtiyac yoxdu. Futbol üçün əlverişsiz olan hava şəraitində oynadıq. Məncə, futbolçular hər cür şəraitində oynamağa çalışmalıdırlar. Rəqibin heyətində vaxtilə “Bakı”ya məxsus 5 oyunçu vardı, biz Azərbaycan üçün futbolçu yetişdiririk. Oyunda vurulan yeganə qolun müəllifi Vüqar Bəybalayev də müqavilə ilə “Bakı”ya məxsusdur. Düşünürəm ki, futbolçularımız bu gün yaxşı mübarizə apardılar. Oyundan sonra “Bakı”nın prezidenti Hafiz Məmmədov ismarıc göndərərək, futbolçuların oyunundan razılığını ifadə edib. Bunun özü bizim işimizə verilən qiymətdir”. -