“Bavariya”nın ulduz futbolçusu Artur Vidal “Yuventus”dan ayrıldığı üçün heç peşiman olmadığını bildirib.
Sportarena.az xəbər verir ki, futbolçu Almaniyada xoşbəxt olduğunu bildirərək: “Həyatımda çox şey dəyişdi. “Yuventus”da rahat idim burada isə özümü daha yaxşı hiss edirəm. “Yuventus” güclü bir komandadır, amma “Bavariya” daha yaxşıdır. Özümü burada evimdəki kimi hiss edirəm. Dünyanın ən güclü oyunçuları ilə bir yerdə olduğum üçün xoşbəxtəm.” deyə fikir bildirib.