FİFA DÇ-2018 oyunlarının başlanma saatlarını açıqladı

00:07 4 Dekabr 2015

FİFA 2018-ci ildə Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının oyunlarının başlanma saatlarını açıqlayıb.
Turnirin açılış matçı iyunun 14-də, yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) start götürəcək.
 
Turnirin ən tez başlayacaq görüşü iyunun 16-da Moskva vaxtı ilə 13:00-da keçiriləcək. Elə həmin gündə mundialın ən gec qarşılaşması baş tutacaq (22:00).
 
Digər günlərdə isə oyunlar saat 15:00-21:00 aralığında baş tutacaq. 
 
"Lujniki” stadionunda təşkil olunacaq final görüşünün start fiti 18:00-da veriləcək.
 
Qeyd edək ki, mundialın final mərhələsinin püşkatması 2017-ci il, dekabrın 1-də keçiriləcək. Turnir iyunun 14-dən iyulun 15-nə qədər davam edəcək


Digər xəbərlər

Xəbər xətti