Dodonun yubiley oyunu

10:58 4 Dekabr 2015

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan”la qarşılaşması “Qəbələ”nin kapitanı Dodo üçün əlamətdar olub.

Sportarena.az klub saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 150-ci dəfə “qırmızı-qara” formada meydana çıxıb.

Komandanın 7:0 hesabı ilə qalib gəldiyi görüşə qədər hesabında 149 matç olan Dodo yubiley qarşılaşmasına start heyətində çıxıb, fasilədə əvəzlənib. “Qəbələ”də ən çox oyun keçirən futbolçu olan cənubi amerikalı bu 150 görüşdə 29 qol vurub, 29 sarı vərəqə alıb.

Premyer Liqada 122, Avropa Liqasında 14 matç keçirən yarımmüdafiəçi ölkə kubokunda da 14-cü dəfə “qırmızı-qara” forma geyinib.


Digər xəbərlər

Xəbər xətti