“Bizim 3 gündən bir oynamağımız bütün matçlarda öz təsirini göstəririr. Həm çempionat, həm kubok, həm də Avropa Liqasında oynamaq çox çətindir. Bunun üçün güclü xarakter lazımdır."
Bu sözləri avroliqanın qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la üz-üzə gələcək “Anderlext”in futbolçusu Giyom Jille yerli mətbuata açıqlamasında deyib:
"Bizi “Qarabağ”la çətin qarşılaşma gözləyir. Həmin oyun çox vacibdir. Fikrimcə, biz Azərbaycan klubu ilə matçda 1 qol vursaq, növbəti mərhələyə adlayacağıq”.
Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-da keçiriləcək.