İspaniya kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun komandası olan "Eybar" "Ponferradina" ilə qarşılaşıb. Səfərdə 3:0 hesabı ilə məğlub olduqları oyunda Eddi start heyətində başlayıb və 55-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü dekabrın 15-də keçiriləcək.