"Kəpəz"in kapitanı: "Azarkeşlərimizdən üzr istəyirəm"

13:06 4 Dekabr 2015

“Qələbə qazanmalıydıq, təəssüflər olsun ki, uduzduq. Məğlubiyyətə görə komandanın adından azarkeşlərimizdən üzr istəyirəm. İstəməzdik belə olsun”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Tural Axundov  Azərbaycan kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”a uduzduqları oyundan sonra klubun saytına deyib.

O, sözügedən qarşılaşmada fərqlənmək üçün imkanlarının olduğunu vurğulayıb:

"Sadəcə, qol epizodlarını reallaşdıra bilmədik. Rəqibin qapısına doğru təşkil olunan hücumları qolla tamamlamalı idik. Problem qol vura bilməməyimizdədir. Böyük hesabla uda da bilərdik, uduza da".

T.Axundov bu məğlubiyyəti yaddan çıxardıb, fikirlərini çempionata cəmləyəcəklərini bildirib:

"Qış fasiləsinə kimi dörd oyun qalıb. Maksimum nəticə göstərib turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq. Çempionat oyununda qələbə qazanmaqla kubokdakı məğlubiyyətin revanşını almağa çalışacağıq. İnşallah, üç xal bizim olacaq"


Digər xəbərlər

Xəbər xətti