"Xəzər Lənkəran" başlayır

15:57 4 Dekabr 2015

Ölkə kubokunun 1/8 finalında "Kəpəz"i 1:0 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" bir günlük istirahətə buraxılmışdı.

 

Sportarena.az xəbər verir ki, cənub təmsilçisi bu gün yenidən bir araya gəlir. "Ağ-yaşıllılar" bu gün saat 16:00-da Lənkəran şəhər stadionunda məşqə çıxacaq.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqanın XV turu çərçivəsində dekabrın 6-ı "Qəbələ" ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti