"Qəbələ"nin rəqibi üçün derbi

18:13 4 Dekabr 2015

Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki "Krasnodar" bu gün növbəti matçına çıxacaq.

 

Kuban təmsilçisi səfərdə şəhərin eyniadlı komandasının qonağı olacaq. Kuban derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, "Krasnodar" Premyer Liqada geridə qalan 17 turdan sonra 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti