"Borussiya" aparıcı oyunçusunu buraxmaq istəmir

18:45 4 Dekabr 2015

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" klubu futbolçusu Sven Benderlə müqavilənin müddətini uzatmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi artıq 26 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

 

Lakin Benderə təklif olunacaq müqavilənin müddəti açıqlanmır. Almaniyalı futbolçunun "Borussiya" ilə müqaviləsi 2017-ci ildə başa çatacaq.

 

Qeyd edək ki, "Borussiya" digər klubların hədəfində olan futbolçusu Neven Subotiçi də satmaq niyyətində olmadığını açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti