"Real" İspaniya kubokundan kənarlaşdırılıb.
Sportarena.az xəbər verir ki, "Kral" klubunun kubokdan uzaqlaşdırılmasına səbəb turnirin 1/16 final mərhələsində "Kadiz"ə qarşı oynanılan matçda cəzalı futbolçu Denis Çerışevin meydana buraxılması olub. Çerışev bu matçda ilk qolun müəllifi olmuşdu.
Qeyd edək ki, həmin matçda Madrid klubu 3:1 hesablı qələbəyə sevinmişdi.