Bu gün Rusiya Premyer Liqasının XVIII turun növbəti oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Krasnodar” klubu səfərdə “Kuban”ın qonağı olub. Matçda 2:0 hesabı ilə geri düşən “Krasnodar” oyunun 71, 80, və 87-ci dəqiqələrində qol vuraraq əzmkar qələbə qazanıb.