Kikboksçumuz Pərviz Abdullayev növbəti döyüşünü keçirib. Sportarena.az xəbər verir ki, Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən Abdullayev ölkə tarixində ilk dəfə bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxıb.
Hollandiyanın paytaxtı Amsterdamda baş tutan döyüşdə idmançımız mərakeşli Aziz Kallahla üz-üzə gəlib.
3 raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən “Kobra” ləqəbli Pərvizin xeyrinə qərar veriblər.