Premyer Liqanın XV turu çərçivsədində sabah, dekabrın 6-da "Qəbələ"ni qəbul edəcək "Xəzər Lənkəran" bu gün oyunöncəsi son məşqini keçirəcək.
Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, qonaqların son hazırlığı üçün "Fırtınalar meydanı" saat 16:00-da hazır vəziyyətə gətiriləcək. Komanda isə saat 17:00-da məşqə başlayacaq.
Bundan bir neçə saat öncə stadionun ehtiyat meydançasında klubların əvəzedici heyətləri qarşılaşacaq. Gənclərin görüşü saat 14:00-da start götürəcək.