Ukrayna çempionatında 16-cı turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Metallurq" da növbəti matçına çıxıb.
Zaporojye təmsilçisi doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı bu görüşün də 18-liyində yer almayıb.
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.