Stenli Brard "Qəbələ" ilə yollarını ayırdı

17:07 5 Dekabr 2015

"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard "qırmızı-qaralar"dan ayrılıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hollandiyalı mütəxəssislə "Qəbələ" arasındakı müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

 

O, 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın "Noqoya Qrampus" klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək.

 

Xatırladaq ki, Stenli Brard 2013-cü ilin aprel ayından "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edirdi.


Digər xəbərlər

Xəbər xətti