SON! "İnter"in sahibi həbs olundu

17:31 5 Dekabr 2015

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri, "İnter" klubunun sahibi Cahangir Hacıyev saxlanılıb. Sportarena.az APA-ya istinadən xəbər verir ki, faktı Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.

 

Məlumata görə, C.Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

 

Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.

 

Məlumata görə, sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların "çirkli pullar"ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur.


Digər xəbərlər

Xəbər xətti