Beynəlxalq Bankın barəsində bu gün məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş sabiq prezidenti Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb.
Sportarena.az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Hacıyev Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına etap olunub.
Qeyd edək ki, "İnter" klubun fəxri prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü maliyyə xəyanətində suçlanır. O, dünən gecə saatlarında DİN-in müvafiq qurumlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların "çirkli pullar"ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur.
Xatırladaq ki, Canahgir Hacıyev həm də 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır.