XV turun matçları 1 dəqiqəlik sükutla başlayacaq

12:35 6 Dekabr 2015

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.
 
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev qərar verib.
 
Bununla əlaqədar olaraq, Azərbaycan Premyer Liqasının XV turunun bütün oyunlarında futbolçular meydançaya qara sarğı ilə çıxacaq, matçlardan öncə 1 dəqiqəlik sükut elan olunacaq. Peşəkar Futbol Liqası adından qəzada həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.
 
Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.


Digər xəbərlər

Xəbər xətti