Az sonra başlayacaq "Qarabağ" - "İnter" oyununda meydan sahiblərinin azarkeşləri anlamlı pankart açıblar. Sportarena.az-ın "Azersun Arena"da olan əməkdaşının verdiyi məlumata görə, "Qarabağ ordusu" azarkeş qrupu "Günəşli” neft yatağında baş verən faciəyə biganə qalmayıb.
Fanatlar yanğın nəticəsində həlak olan neftçilərin ruhuna ehtiram əlaməti olaraq, üzərində "32 ölü, 9 milyon" yaralı sözləri yazılmış pankart açıblar.
Həmin fotonu təqdim edirik: