"Nə etmişik ki, rahatlaşaq?" - Əsgər Abdullayev

18:40 6 Dekabr 2015

"Faciədə həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Oyuna gəldikdə, əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın XV turunda "Zirə" ilə 1:1 hesablı heç-heçəni şərh edib:

 

"Qol buraxmayan, məğlub olmayan komanda yoxdur. Bu gün qol buraxdıq və bu bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb aradan qaldıraq. Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki, rahatlaşaq? “Neftçi” adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub".


Digər xəbərlər

Xəbər xətti