Yunis Hüseynov "Qəbələ"yə söz atıb, hakimliyi dəyərləndirdi: "2 penaltimiz verilmədi"

18:53 6 Dekabr 2015

"Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" - bunlar şablon sözlərdir. Lakin ümumi götürsək, meydançada olan 16 yaşlı futbolçulardan razı qaldım".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. Topaz Premyer Liqasının XV turunda evdə "Qəbələ"yə 0:1 hesablı məğlubiyyəti şərh edən müəxəssis rəqibə söz atıb:

 

"Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar. Məncə, oyun ərzində 2 penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb qərar çıxararlar".


Digər xəbərlər

Xəbər xətti