"Mən gözləmirdim ki, "Xəzər Lənkəran" zəif oynasın" - Qriqorçuk

18:58 6 Dekabr 2015

"Mən gözləmirdim ki, "Xəzər Lənkəran" zəif oynasın. "Xəzər Lənkəran" öz meydançasında həmişə güclü çıxış edib. Biz Lənkəranda iki oyuna çıxmışıq. Hər iki qələbəni çox güc sərf etmək hesabına qazanmışıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı çalışdırıcı Premyer Liqanın XV turunda "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub etdikləri oyun haqda fikirlərini açıqlayıb:

 

"Cənub komandasının heyətində çox sürətli oyunçular var. Bütün bunlara baxmayaraq, əsas məsələ qələbə qazanmaq idi, bunu da bacardıq. Biz bir müddətdir ki, qələbə qazana bilmirdik və bu müəyyən narahatlıq yaradırdı. Sevindirici haldır ki, 3 xal əldə etdik".


Digər xəbərlər

Xəbər xətti