"Qarabağ"la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil" - Svanadze

21:04 6 Dekabr 2015

Premyer Liqanın XV turunda "Qarabağ"ın qonağı olan "İnter" 0:1 hesabı ilə uduzub. Sportarena.az xəbər verir ki, "bankirlər"in baş məşqçisi Zaur Svanadze qarşılaşma ilə bağlı bunları söyləyib:

 

"Baş vermiş faciə ilə bağlı başsağlığı verirəm. Oyuna gəldikdə, yaxşı çıxış etmədik, ötürmələr qeyri-dəqiq idi. Zədə və cəza probleminə görə oynamayanlar qayıdacaqlar. Sərgilədiyimiz futbolu düzəltməliyik. Biz çox toplar itirdik, mübarizəyə girə bilmirdik. "Qarabağ"la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil".


Digər xəbərlər

Xəbər xətti