"Reynaldo başqa futbolçudu, mən də başqa"

01:01 7 Dekabr 2015

"Qarabağ"ın hücumçusu Armenteros "İnter"i 1:0 hesabı ilə mağlub etdikləri matçdan sonra junralistlərin suallarını cavablandırıb:

- İlk öncə oyun haqda nə deyərdin?
- Çətin oyun oldu. Ancaq buna baxmayaraq qələbə qazana bildik. 
- Qarşıdan "Anderlext"lə oyun gəlir...
- Həmişə “Anderlext”ə qarşı oyanamaq istəmişəm. “Qarabağ”dan əvvəl oynadığım komandada çoxlu dostlarım var. Onlar bu qarşılaşmanı izləməyə gələcəklər.
- Bu sizin üçün əlavə motivasiya olacaqmı?
- Təbii ki, xüsusi bir motivasiya olacaq. Amma peşəkar futbolçu  kimi hazırlaşmalıyam
- Armenteros “Qarabağ”a nisbətən “Anderlext”i daha yaxından tanıyır. Bu bilgi komandaya kömək edəcəkmi?
- Əlbəttə, komanda haqda məlumat almaq üçün soruşa biləcəyim adamlar çoxdu, amma onlar da futbolçudu. Mən bilmirəm, onlar mənə nəyi deyə bilərlər. Komandada məqşçi heyəti yetərincə araşdıra bilir, məndən soruşmağa ehtiyac yoxdu.
- Reynaldonu layiqincə əvəz edə biləcəksənmi?
- Əlimdən gələni edəcəm, amma Reynaldo başqa futbolçudu, mən də başqa. Hal-hazırda rəqib liqada yaxşı durumda deyil. Komandada gərginlik var.
 

 


Digər xəbərlər

Xəbər xətti