UEFA Azərbaycan Premyer Liqasının 7-ci turunda baş tutan "İnter" - "Qarabağ" (0:2) matçına görə Ağdam təmsilçisinə məktub ünvanlayıb.
Məktubda UEFA "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova futbolçusu Elvin Məmmədova mübahisəli təyin olunan penalti zərbəsini qeyri-dəqiq yerinə yetirməsi tapşırığına görə təşəkkürünü bildirib.
Həmçinin qeyd olunur ki, baş məşqçi və futbolçunun belə hərəkət etməsi "Fair Play" qaydalarının pozulmamasına sübutdur. Belə hərəkətin alqışalayiq olduğunu bildirən qurum təmsilçimizə uğurlar arzulayıb.
Mənbə: korner.az