Premyer Liqanın XV turunda doğma meydanda “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək.
Sportarena.az xəbər verir ki, komanda bu gün oyunsonrası bərpa məşqini keçəcək. Qarşıdakı günlərdə də bir günlük istirahəti nəzərdə tutan intensiv hazırlıq planına uyğun məşq edəcək komanda dekabrın 11-də Bakıya yollanacaq.
Paytaxtın “New Baku” otelində məskunlaşacaq “Xəzər Lənkəran” bir gün sonra “AZAL Arena”da oyunöncəsi son məşqinə, dekabrın 13-də isə eyni məkanda Premyer Liqanın XVI turu çərçivəsində meydan sahibi olan AZAL-la görüşə çıxacaq. (12cioyuncu.info)