“Birlik” komandası turnirin qalibi olub

12:22 7 Dekabr 2015

AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub. Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən turnirin qalibi "Birlik" komandası olub. "Zirvə" ikinci, "Şimşək" komandası isə üçüncü yeri tutub.
Turnirin ən yaxşı oyunçusu İsrail Cəbrayılov (Zirvə), ən yaxşı qapıçısı isə Süleyman Osmanlı (Zirvə) seçilib.


Digər xəbərlər

Xəbər xətti