“Neftçi”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Zirə” klubu ilə oyundan sonra fikirlərini bildirib.
sportarena.az klubun saytına istinadən xəbər verir ki, “Neftçi”nin bütün kollektivi adından faciə nəticəsində həyatlarını itirmiş ailələrinə başsağlığı verib:
"Bütün azərbaycanlılar kimi biz də kədərliyik. Oyuna gəldikdə isə “Zirə” ilə görüş çətin alındı və qələbə qazan bilmədik. Sevinirəm ki, qol vurdum. Artıq bütün fikirlərimizi “Qəbələ” ilə oyuna yönəltmişik. Qəbələyə yalnız qələbə qazanmaq üçün gedəcəyik”.