Bekhem Rusiyanı müdafiə etdi

17:26 7 Dekabr 2015

Devid Bekhem futbol üzrə dünya çempionatının Rusiyada (2018-ci il) və Qətərdə (2022-ci il) keçirilməsinin ləğvinə etiraz edib.

 

Sportarena.az xəbər verir ki, o, "Radio Times"a açıqlamasında korrupsiya qalmaqalları olsa da, bu ölkələrdən dünya çempionatının keçirilməsi hüququnun alınmasını tənqid edib:

 

"Korrupsiya var ya yox, fərqi yoxdur, bu ölkələr artıq seçilib. Bu qərarı dəstəkləmək lazımdır. Futbolu müxtəlif ölkələrdə inkişaf etdirmək daha əhəmiyyətlidir. Əminəm ki, Qətər iqlim problemlərinin öhdəsindən layiqincə gəlib mundialı mükəmməl infrastrukturla təşkil edəcək. FİFA-dakı qalmaqala gəlincə, bunun növbəti dəfə təkrar olunmasının qarşısını almaq üçün çoxlu işləmək lazımdır".

 

Qeyd edək ki, FİFA-dakı rüşvətxorluqlarla bağlı bir neçə yüksək vəzifəli işçi həbs edilib. Qətər və Rusiya isə DÇ-nın keçirilmə hüququnu almaq üçün ali futbol qurumu ilə gizli danışıqlara getdikləri üçün bu qərarın ləğvi irəli sürülüb. FİFA prezidenti Jozef Blatter isə istefa verib.


Digər xəbərlər

Xəbər xətti