Türkiyə Kubokunun qrup mərhələsinin püşkü atılıb. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka"nın da rəqibləri bəlli olub.
İzmir klubu "Kastamonuspor", "Ahisar Bələdiyyəspor" və "Qalatasaray"la bir qrupa düşüb.
Qeyd edək ki, qrup mərhələsində ilk turun oyunları 15-17 dekabr aralığında keçiriləcək.