"Mənimlə maraqlanan klublar arasında "Neftçi" və "İnter" də var" - İvanoviç

18:36 7 Dekabr 2015

Qazaxıstanın "Atırau" klubunun hücumçusu İvan İvanoviç karyerasını Azərbaycanda davam etdirə bilər. Sportarena.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib:

 

"Qardaşımla fikirlərimiz demək olar ki, həmişə üst-üstə düşür. İqor komandasından razıdır. Azərbaycandan mənə də zəng gəlmişdi. Amma sonda necə alınacağını zaman göstərəcək. Həm də hazırda özümü Qazaxıstan çempionatında yaxşı hiss edirəm və yerli çempionata tam uyğunlaşmışam. Düzdür, müqaviləmin müddəti başa çatır. Amma "Atırau"da qalmaq istəyərdim. Baxacağıq".

 

İvanın sözlərinə görə, meneceri artıq Rusiya və Azərbaycandan beş klubla danışıq aparır: "Ona görə də yeni müqavilə baxımından heç bir problem olmayacaq (gülür). Özümə güvənirəm və bilirəm ki, yüksək səviyyədə oynaya bilərəm. Mənimlə maraqlanan klublar arasında Bakı "İnter"i, "Neftçi", "Zirə", eləcə də Rusiyanın "Krılya Sovetov" klubları var".

 

Qeyd edək ki, 26 yaşlı forvardın kiçik qardaşı İqor İvanoviç də hazırda "Zirə"nin şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti